Hacı Həsənov

rejissor

Personal Info

  • Doğum tarixi: 18.10.1983

Biography

Hacı Həsənbala oğlu Həsənov (Hacıbaba Həsənov) Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi fakültəsində (2000-2004), Moskvada Rejissorluq kurslarında (2009-2010) təhsil alıb. Space TV-də “Çardaq” verilişinin süjet rejissoru (2001), ANS TV-də “Yeriniz məlum” verilişinin layihə rəhbəri və prodüseri (2005-2006), “Səbəbkar” verilişinin layihə rəhbəri, prodüseri və aparıcısı (2006-2007), “Gecə yarı” verilişinin layihə rəhbəri və prodüseri (2007-2008), Lider TV-də “Mister-X” realiti şousunun baş redaktoru (2008-2009), AzTV-də “Şans taksi” verilişinin aparıcısı (2008-2009), Region TV-də “4bucaq” verilişinin layihə rəhbəri və aparıcısı (2010-2011), “Sazz tv” verilişinin layihə rəhbəri və aparıcısı (2011-2012), ARB TV-də “Taksi” verilişinin layihə rəhbəri və aparıcısı (2016-2017),  “Kimi tapdın sən” verilişinin layihə rəhbəri və aparıcısı (2017-2018) olaraq çalışıb. Bir müddət Moskavada “Vayt media”nın rejissoru (2009-2010), ARB televiziyasının baş prodüseri (2012-2019) olub.

 

 

x