Hacağa Abbasov

aktyor

Personal Info

  • Doğum tarixi: 16.06.1888
  • Vəfat tarixi: 07.05.1975

Biography

Hacağa Mütəllib oğlu Abbasov (Hacıağa Abbasov) Bakının Maştağa kəndində anadan olub. Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib (1906-1909). Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonrakı Bunyaksk) teatr açıb. Təhsilini başa vurduqdan sonra Bakıya qayıdıb, Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə dərs deyib. Eyni zamanda “Müsəlman artistləri cəmiyyəti”nin, “Nicat”, “Həmiyyət” teatr truppalarının fəal üzvü olub. Sonralar “Səfa” cəmiyyətinin teatr truppasında, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti”ndə aktyorluq edib. 1920-ci ildən Dram Teatrında çalışıb. Mirzağa Əliyevlə birgə 1921-ci ildə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrını yaradıblar, özü direktor olub. 1925-ci ildə Akademik Teatra direktor təyin olunub (1925-1929). Mustafa Mərdanоv, Möhsün Sənani, İsmayıl Оsmanlı kimi aktyоrları Gürcüstandan Bakıya dəvət edib. Sоnra Bakı Teatr Teхnikumunda direktоr (1929-1937), Azərbaycan İncəsənət İşləri İdarəsi Teatr şöbəsinin rəisi və s. vəzifələrdə çalışıb. Kiçik həcmli pyeslər yazıb, “Хatirələrim” kitabının müəllifidir. 1932-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına ilk dəfə layiq görülən aktyor kimi adı teatr tarixinə yazılıb. Repressiya illərində təqib olunduğuna görə bir müddət (1937-1957) Sibirdə, Moskvada və Orta Asiya respublikalarında yaşayıb. Arada doğma şəhərinə gəlsə də, bir də 1957-ci ildə qayıda bilib. Xalq artisti (1932) Hacağa Abbasov 1975-ci ildə vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.

 

x