Həsən Məmmədov

aktyor

Personal Info

  • Doğum tarixi: 22.11.1938
  • Vəfat tarixi: 26.08.2003

Biography

Həsən Ağaməmməd oğlu Məmmədov (Əbülhəsən Məmmədov) Salyanda anadan olub. 1956-cı ildə Azərbaycan Dövlət Universıtetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib. Daha sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb (1958-1962, Mehdi Məmmədovun kursu). Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib (1960-1961). Dram Teatrında fəaliyyət göstərib (1962-1972). 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasının aktyoru olub. 1992-ci ildən yenidən Akademik Milli Dram Teatrında çalışıb.

Xarici film istehsalçılarının “Xaos” (1973, rejissor Laert Vaqarşyan / Ermənistan) filmində Kazım bəy rolunda, “Satılmış gülüş” (1981, rejissor Leonid Neçayev / Belarus) filmində Kreşimir rolunda, “Aşırımda atəş etməyin!” (183, rejissorlar Müqəddəs Mahmudov, Abdusalom Rahimov / Tacikistan) filmində Hafiz rolunda, “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus) filmində, “Piter Pen” (1987, rejissor Leonid Neçayev / Belarus) filmində hindu rolunda, “Sultan Beybars” (1989, rejissor Bulat Mansurov / Qazaxıstan, Misir) filmində çəkilib.

Əməkdar artist (1971), Xalq artisti (1982), SSRİ (1981) və Azərbaycan Dövlət mükafatı laureatı (1986) Həsən Məmmədov 2003-cü ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.

 

Filmography

  • Movie Name

    Ratings

  • İstintaq

    tammetrajlı bədii film

    0 /10

Trailers & Videos

trailers
x

Filmi izlə:

aktyor

x