Həqiqət Rzayeva

aktrisa, musiqi ifaçısı

Personal Info

  • Doğum tarixi: 20.05.1907
  • Vəfat tarixi: 02.08.1969

Biography

Həqiqət Əli qızı Rzayeva Lənkəranın Darquba kəndində anadan olub. 18 aylıqkən atasını itirib. Lənkəranda Məryəm Bayraməlibəyovanın qadın məktəbində, 1923-cü ildən isə Bakıda Pedaqoji Texnikumda təhsil alarkən musiqili tamaşalarda çıxış edib. “Damğa” Teatrında çalışıb. Teatrda işləyə-işləyə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində təhsil alıb (1928-1932). Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarının ifaçısı kimi tanınıb (1927-1952). Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində dərs deyib. Milli səhnədə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdəndir. Əməkdar artist (1940), Xalq artisti (1943) Həqiqət Rzayeva 1969-cu ildə vəfat edib.

Aktrisa, müğənni Həqiqət Rzayeva bəstəkar Azər Rzayevin anasıdır.

x