Həcər Ağayeva

aktrisa

Personal Info

  • Doğum tarixi: 22.07.1986

Biography

Həcər Maqsud qızı Ağayeva Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsində (2004), Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının nəzdində aktyorluq studiyasında (2005) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu ixtisasında (2004-2009) təhsil alıb. Akademik Milli Dram Teatrında, ÜNS Teatrında, Teatr Xadimləri İttifaqının nəzdində Gənc Aktyorların laboratoriyasında tamaşalarda çıxış edib. 2004-cü ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisasıdır. Əməkdar artistdir (2021).

 

x