Həbib İsmayılov

rejissor

Personal Info

  • Doğum tarixi: 21.02.1906
  • Vəfat tarixi: 31.12.1966

Biography

Həbib Ələkbər oğlu İsmayılov Naxçıvanda anadan olub. Maddi vəziyyətə görə 1910-cu ildə ailəsi Tiflis şəhərinə köçüb. Tiflisdə yaşadığı müddətdə “Yeni fikir“ qəzetində korrektor köməkçisi vəzifəsində işləyib. Həmçinin paralel olaraq Tiflis şəhərindəki Azərbacan Teatrının səhnəsində uşaq rollarını ifa edib. Bir müddət sonra Bakıya köçüblər. Moskva Dövlət Teatr Sənəti İnstitutunun Rejissorluq və aktyorluq fakültəsində (1931, GİTİS) və Teatrşünaslıq üzrə aspiranturada (1954, GİTİS) təhsil alıb. Bakı, Gəncə, Mahaçqala Teatrlarında bədii rəhbər, rejissor və baş rejissor işləyib (1931-1943). 1938-ci ildə Musiqili Komediya Teatrına baş rejissor təyin edilib. Bakı Konservatoriyasında və Teatr Texnikumunda aktyor işi üzrə pedaqoji fəaliyyətlə məşğul olub (1940-1941). 1943-cü ildən kinoda fəaliyyət göstərib. 1943-cü ildə Bakı kinostudiyasında kinoxronika şöbəsinin rəisi təyin edilib. Bir müddət “Mosfilm“də rejissor təcrübəsi keçib (1949-1950). 1946-cı ildən həm də dublyaj rejissoru kimi fəaliyyət göstərib. Əməkdar incəsənət xadimi (1960) Həbib İsmayılov 1966-cı ildə vəfat edib.

 

x