Həsən Seyidbəyli

rejissor

Personal Info

  • Doğum tarixi: 22.12.1920
  • Vəfat tarixi: 25.06.1980

Biography

Həsən Mehdi oğlu Seyidbəyli Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatorluğu fakültəsində (1938-1939), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində (1943-1951, Sergey Eyzenşteyn və Q.Kozinsevin sinfi) və Ali ssenari kurslarında təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin I katibi (1963-1975) və sədri (1975-1980) vəzifələrində işləyib. “Dəniz cəsurları sevir” (1954, İmran Qasımovla birgə), “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar”, “Sən nə üçün yaşayırsan?” (1959, İmran Qasımovla birgə) adlı dram əsərləri səhnəyə qoyulub. “Kür sahillərində” (1953), “Telefonçu qız” (1960), “Bizim Astarada”, “Cəbhədən cəbhəyə” (1961) povestlərinin, “Uzaq sahillərdə” (1954, İmran Qasımovla birgə), “İllər keçir” (1973, İmran Qasımovla birgə), “Çiçək” (1978), “Tərsanə” romanlarının, “Mözücələr adası” hekayəsinin müəllifidir. Azərbaycan SSR Ali Sovetinin (9-10 cu çağırış) deputatı olub. Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Həsən Seyidbəyli 1980-ci ildə vəfat edib.

 

x