Gündüz Abbasov

aktyor

Personal Info

  • Doğum tarixi: 20.11.1930
  • Vəfat tarixi: 21.08.1995

Biography

Gündüz Şəmsəddin oğlu Abbasov Bakıda anadan olub. Bakı Rəssamlıq məktəbində (1952), Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində (1961) təhsil alıb. Tələbəlik illərindən ədəbi yaradıcılıqla məşğul olub, hekayələr yazıb, tərcümələr edib. “Papasının qızı”, “Canlı körpü” və “Qanadlar” adlı üç kitabı nəşr edilib, yüzlərlə hekayə, felyeton, məqalə və oçerki dövri mətbuatda dərc olunub. Bir müddət Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri, “Uşaqgəncnəşr”də, “Azərnəşr”də, “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri işləyib. Xarici film istehsalçılarının “Kapitan Qrantın axtarışında” (1985, rejissor Stanislav Qovoruxin / Rusiya, Bolqarıstan) serialında qoca dənizçi rolunda çəkilib. Gündüz Abbasov 1995-ci ildə vəfat edib.

Aktyor, jurnalist Gündüz Abbasov yazıçı Şəmsəddin Abbasovun oğludur.

Aktyor, jurnalist Gündüz Abbasov aktrisa Ofeliya Məmmədzadənin həyat yoldaşı olub.

 

 

 

 

x