Gülzar Qurbanova

aktrisa

Personal Info

  • Doğum tarixi: 24.07.1970

Biography

Gülzar Qurban qızı Qurbanova Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb (1986-1990). 1990-cı ildən Yuğ Teatrında çalışır. 1995-ci ildən Respublika İncəsənət Gimnaziyasında dərs deyir. “Tacikfilm”in istehsalı olan “Aeroportda hadisə” (1987, rejissor Yusup Yuspov) serialında Fəridə rolunda, İran kinematoqrafçılarının çəkdiyi “İtkin pay” (2007, rejissor Həsən Nəcafi) filmində Sənəm rolunda çəkilib. “Yarımçıq xatirələr” filmindəki Janna roluna görə “Ən yaxşı aktrisa” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2015). Əməkdar artistdir (2011).

Aktrisa Gülzar Qurbanova rejissor, aktyor Elxan Cəfərovun həyat yoldaşıdır.

.

 

x