Gülyanaq Məmmədova

musiqi ifaçısı

Personal Info

  • Doğum tarixi: 10.06.1973

Biography

Gülyanaq Zakir qızı Məmmədova Şəkinin Böyük Dəhnə kəndində anadan olub. Asəf Zeynallı adına Musiqi məktəbinin muğam şöbəsində (1992-1996), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr və kino aktyoru fakültəsində aktyor ixtisası üzrə (1996-2000, 2000-2002-magistratura) təhsil alıb. Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib (1990-1992). 1993-cü ildən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. Əməkdar artist (1998), Xalq artistidir (2014).

Müğənni Gülyanaq Məmmədova müğənni Gülyaz Məmmədovanın bacısıdır.

 

x