Gülnar Məmmədli

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 02.08.1982

Biography

Gülnar Çingiz qızı Məmmədli Şəki şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1999-cu-2003). Tələbə ikən “Ədalət” qəzetində, AzTV-də təcrübə keçib. “Ədalət” qəzetinin əlavəsi kimi çıxan tələbə qəzetinin məsul katibi olub. 2003-cü ildə Press-klubda Prezident Seçkiləri ilə bağlı yaradılan informasiya mərkəzində çalışıb. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində Xəbərlər departamentində çalışıb (2005-2013). 2013-cü ildən İTV-nin “Carçıfilm” Yaradıcılıq Birliyində sənədli filmlərin ssenari müəllifi və aparıcısıdır. Korifey aktyorların həyatından bəhs edən “Aktyor ömrü” (2013-2016), Vətən uğunda canında keçənlərdən haqqında “Heç kim unudulmur, heç nə yaddan çıxmır” (2019) və repressiya qurbanları barədə “Bəraət” (2020) sənədli filmlər silsiləsinin müəllifidir.

 

x