Gülcahan Güləhmədova-Martınova

rejissor

Personal Info

  • Doğum tarixi: 23.06.1925
  • Vəfat tarixi: 20.01.2018

Biography

Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1947-1952, Mehdi Məmmədovun kursu). İlk azərbaycanlı peşəkar qadın teatr rejissorlarındandır. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb (1952-1982). 1982-ci ildən Şövkət Məmmədova adına Opera Studiyasının rejissoru olub. Bakı Musiqi Akademiyasının vokal kafedrasının professoru olub. “Şərəf nişanı” ordeni ilə təltif edilib. Dövlət mükafatı laureatı (1972), Xalq artisti (1981) Gülcahan Güləhmədova-Martınova 2018-ci ildə 92 yaşında vəfat edib.

 

x