Gülay Hüseynova

ssenari müəllifi, aktrisa

Personal Info

  • Doğum tarixi: 28.06.1989

Biography

Gülay Hüseynova Bakıda anadan olub. Bakı Slavyan Universitetinin Rus dili və ədəbiyyatı ixtisasında (2006-2010), Türkiyənin “Sinematek”, “İstanbul Film Akademisi” və “Öykü Fabrikası” qurumlarında rejissorluq və yazarlıq üzrə təhsil alıb. BSU-nun radiosunda “Yurdumuzu gəzə-gəzə” proqramına aparıcılıq edib (2009). 2 il müddətində müəllimlik və tərcüməçiliklə məşğul olub. Reklam çarxlarında çəkilib. 2014-cü ildən Araz FM-də  “Radioskop” əyləncəli proqramın, daha sonra Media FM-də “Bamboleo”, “Stolova Lova”, “Seçilən nahar” proqramlarının aparıcısı olub.

“P.S. Zaten boyun da küçüktü..” (2015), “Ve bir Americano…” (2017) romanlarının müəllifidir. “P.S. Zaten boyun da küçüktü..” romanı 2015-ci ilin ən çox satılan kitabı olub. Müəllif kitaba görə “Qızıl qələm” Ədəbiyyat mükafatına layiq görülüb.

İstanbulda reklam şirkətində mətn yazarı olub. Qriqori Petrovun “Beyaz zambaklar ülkesinde” kitabını (2018, “Martı yayınları”), Lev Tolstoyun “İnsan ne ile yaşar?” adlı povestler kitabını rus dilindən türk dilinə tərcümə edib (2020, “Fol Kitap yayınevi”). Rus dilində nəşr edilən “Вдохновляющие женщины современного Азербайджана” adlı 34 uğurlu Azərbaycan qadınının həyat hekayəsindən bəhs edən kitabda yer alıb (2019).

360 TV-də “Pazardayız” adlı gündəlik verilişə aparıcılıq edib (2019, 40 bölüm).

Türkiyə istehsalı olan “Yeni gəlin” (2018) serialında Oksana rolunda, Türkiyə və Rusiyanın birgə istehsalı olan “Qəlbimin sultanı” (2018) serialında Reyhan kalfa rolunda çəkilib. “Qəlbimin sultanı” 2019-cu ildə “Султан моего сердца” adıyla Rusiyanın 1TV kanalında (Первый Канал) yayımlanıb. 2016-cı ildən Türkiyədə fəaliyyət göstərir.

 

x