Gövhər Həsənzadə

bəstəkar

Personal Info

  • Doğum tarixi: 06.03.1969

Biography

Gövhər Həsənzadə Bakıda anadan olub. Musiqi Məktəbinin piano sinfində (1977-1984), Asəf Zeynallı adına Musiqi Məktəbinin Musiqi nəzəriyyəsi və tarixi ixtisasında (1984-1988), Bakı Musiqi Akademiyasının Bəstəkarlıq sinfində (1988-1993, Cövdət Hacıyevin kursu) təhsil alıb. Heydər Əliyev Sarayının direktoru və bədii rəhbəri (1993), Şəhriyar adına Mədəniyyət Mərkəzinin müdiri (2001) vəzifələrində işləyib. 250-dən çox mahnı və 50 dən çox digər janrda musiqi əsərləri bəstələyib. Azərbaycan ilk dəfə “Eurovision Song Contest” musiqi yarışmasında onun bəstəsi və bədii rəhbərliyi ilə Elnur Hüseynov və Samir Cavadzadə ilə təmsil olunub (2008, “Day after day” mahnısı). “Turkvizyon” musiqi yarışmasında da Azərbaycan ilk dəfə onun bəstəsi ilə çıxış edib və qalib gəlib (2013, Fərid Həsənov “Yaşa” mahnısı). Hazırda musiqi sahəsində elmi fəaliyyətini və şəxsi studiyasında yaradıcılıq fəaliyyətini davam etdirir. Əməkdar artistdir (2006).

x