Füzuli Sabiroğlu

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 20.11.1964

Biography

Füzuli Sabiroğlu (Füzuli Elyazov Sabir oğlu) Göyçə mahalının Basarkeçər (indiki Vardenis) rayonunun Kiçik Məzrə kəndində anadan olub. Azərbaycan Texniki Universitetində təhsil alıb (1986). Ədəbi yaradıcılığa XX əsrin 80-ci illərində başlayıb. Respublika mətbuatında ilk çıxışı 1988-ci ildə “Gənclik” jurnalında olub. O vaxtdan müntəzəm olaraq şeir, hekayə və publisistik yazıları respublika mətbuatında dərc olunur. “Sahilsiz Dəniz” jurnalının redaktoru olub (2003). Lider televiziyasının “Azərbaycan” sənədli filmlər redaksiyasında redaktor (2004-2008) və baş redaktor (2008-2019) işləyib.

 

x