Füzuli Məmmədov

aktyor

Personal Info

  • Doğum tarixi: 26.08.1952
  • Vəfat tarixi: 18.03.2009

Biography

Füzuli Şahbala oğlu Məmmədov Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində (1968-1973), Moskva Ümumittifaq Təkmilləşdirmə İnstitutunun Teatr iqtisadiyyatı və işinin təşkili fakültəsində (1984-1986) təhsil alıb. N.B.Nəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor (1973-1982), direktor müavini, direktor (1982-1984), “Qaya” ansamblında icraçı direktor (1986-1988), Gənc Tamaşaçılar Teatrında direktor müavini (1988-2006), Dövlət Pantomim Teatrında direktor (2006-2009) vəzifələrində çalışıb. Bakı Oksford Məktəbində dərs deyib (1999-2009).

Xarici film istehsalçılarının “Qarabağda gəzinti” (2005, rejissor Levan Tutberidze / Gürcüstan) filmində polkovnik Nuriyev rolunda, “Konflikt zonası” (2009, rejissor Vano Burduli / Gürcüstan) filmində Nuriyev rolunda çəkilib.

Füzuli Məmmədov 2009-cu ildə vəfat edib.

 

x