Fuad Şabanov

rejissor

Personal Info

  • Doğum tarixi: 20.09.1965

Biography

Fuad Rüfət oğlu Şabanov Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1986-1991, Yuri Ozerovun kursu). Rusiyanın bir neçə teleşirkətində rejissor işləyib. “İnter-AZ” telekanalının baş rejissoru olub (1998-2001). Hazırda Rusiyada yaşayır.

ABŞ istehsalı olan “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya) filmində rejissor assistenti kimi çalışıb və Ramiz rolunda çəkilib. Rusiya istehsalı olan “Çirkin ördək balası” (2011), “Alma bağı” (2011), “Söz-söhbətsiz sevgi” (2013), “Düşünülməmiş həyat” (2015), “Məhkumlar adası” (2018) seriallarının, “Müharibə oyunu” (1988), “Özümə möcüzə hədiyyə edirəm” (2010), “Sonuncu qurban” (2012), “Zorən ata” (2013), “Bu mənim atamdır” (2021) filmlərinin rejissorudur. Müxtəlif televiziya kanalları üçün çoxsaylı sənədli film çəkib.

Rejissor Fuad Şabanov rejissor Rüfət Şabanovun və aktrisa Elmira Şabanovanın oğludur.

 

x