Fuad Quliyev

rejissor

Personal Info

  • Doğum tarixi: 20.06.1986

Biography

Fuad Natiq oğlu Quliyev Bakıda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman oyunları kafedrasında (2004-2008), National Film and Television School-da “Explore filmmaking: from script to screen” film işinin təşkiliylə bağlı kursda (2017) təhsil alıb. Mətbəədə, foto studiyada, VVS Prodakşnda, AzTV-də, İctimai televiziyada montajçı kimi çalışıb. Avroviziya Mahnı Müsabiqəsinin online montaj rejissoru (2012), Birinci Avropa Oyunlarında məşəl mərasimində supervayzer (2015), İslam Həmrəyliyi Oyunları su mərasiminin rejissoru (2017) olub. Hazırda Bakı Media Mərkəzinin rejissorudur. Çoxsaylı reklam, musiqi və turizm videoçarxları çəkib. Müxtəlif beynəlxalq festivallarda mükafatlara layiq görülüb.

 

x