Fuad Osmanov

aktyor

Personal Info

  • Doğum tarixi: 06.03.1964

Biography

Fuad Tacəddin oğlu Osmanov Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbində (1983) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-kino aktyoru fakültəsində (1990) təhsil alıb. 1990-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.

Rusiya istehsalı olan “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernyayev) serialında Mansur rolunda, “Qardaşlar” (2007, rejissor Aleksey Lebedev) serialında Rüstəm Məmmədov rolunda, “Şərəf məsələsi” (2007, rejissor Andrey Çornıx) serialında, “Hərarət” (2019, rejissor Dunya Lisova) filmində Teymur rolunda çəkilib.

Əməkdar artist (2008), Xalq artistidir (2021).

 

x