Flora Kərimova

musiqi ifaçısı

Personal Info

  • Doğum tarixi: 23.07.1941

Biography

Flora Ələkbər qızı Kərimova Bakıda anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda (1964), Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi ixtisasında (1971) və Azərbaycan Dövlət Konservatoriyasının vokal ixtisasında (1977) təhsil alıb. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli (“Leyli və Məcnun”) partiyasında çıxış edib (1966). Milli Azadlıq Hərəkatı fəalı, BMT yanında Ümumdünya Sülh Federasiyasının Sülh səfiri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMMİB) vitse prezidenti, DAMMİB Qadınlar Şurasının sədri, İctimai Nəzarət Koalisiyasının fəxri üzvu, Şəhid Anaları Komitəsinin sədri (2018), vitse-prezidenti, Xocalı şəhərinin Fəxri Vətəndaşıdır. Əməkdar artist (1989), Xalq artistidir (1992).

 

x