Firuzə Əlixanova

aktrisa

Personal Info

  • Doğum tarixi: 10.09.1917
  • Vəfat tarixi: 23.11.1994

Biography

Firuzə Məmmədqulu qızı Əlixanova Ordubadda anadan olub. Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Şəhərin bayram tədbirlərində şən mahnılar oxuyarakən ifaçılıq istedadı Səməd Mövləvinin diqqətini cəlb edib. Onun səyi ilə tələbə qız 1932-ci ildə Naxçıvan Teatrına aktrisa dəvət olunub. İlk dəfə səhnəyə 1932-ci ildə ildə Asya rolunda (“Arşın mal alan”) çıxıb. Yaradıcılığı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə bağlıdır. Bu teatrın ilk aktrisalarındandır. Onun səhnəyə gəlişi hadisəyə çevrilib və bundan sonra daha bir neçə gənc qız həyatını teatrla bağlayıb. O, Naxçıvan teatrının ilk Leylisi, Əslisi, Gülçöhrəsi olub. 45 il çalışan aktrisa 1977-ci ildə ərizə yazaraq səhnədən uzaqlaşıb. Əməkdar artist (1964), Xalq artisti (1974) Firuzə Əlixanova 1994-cü ildə Naxçıvanda vəfat edib.

 

x