Firudin Qurbansoy

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 10.02.1954

Biography

Firudin Qurbansoy (Firudin Qurbanov Əliağa oğlu) Bakıda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb (1977). 100-dən artıq elmi məqalənin müəllifi, beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır. Qədim Babil, Fars və Elam ölü dillərini müstəqil öyrənərək bu dillərdəki tarixi sənədləri orijinaldan dilimizə tərcümə edib. Bədii yaradıcılıqla da məşğul olur. Pyesləri “Canım Qırat, gözüm Qırat” Abdulla Şaiq adına Kukla Teatrında, “Xəta” Naxçıvan Dövlət Dram Teatrında, “Cənnətin astanasında”, “Oxu tar” Muğam Teatrında, “Dədə Qorqud sorağında”, “Haray” digər teatrlarda səhnələşdirilib. Mikayıl Müşfiq və Cəfər Cabbarlı mükafatları laureatıdır. Azərbaycan Milli Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışır. AMEA-nın Nizami adina Ədəbiyyat İnstitutunda aparıcı elmi işçidir. Filologiya üzrə fəlsəfə doktoru (1990), dosentdir.

 

x