Firudin Məhərrəmov

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 10.05.1959

Biography

Firudin Əliməmməd oğlu Məhərrəmov (Firudin Məhərrəmli) Lerikdə anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq ixtisasında təhsil alıb (1983-1987, Mehdi Məmmədovun kursu). Tələbəlik illərində Tədris Teatrında “Bir məhəbbətin tarixçəsi” (Rey Bredber), “Kamança” (Cəlil Məmmədquluzadə), “Şirə bənzər” (Rüstəm İbrahimbəyov), “Elektra” (Sofokl) kimi əsərlərə quruluş verib. 1987-ci ildə V.Şukşinin “Diribaş adamlar” əsərinə verdiyi quruluşla Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul olunub. İndiyə qədər bu səhnədə 60-dan çox əsəri səhnələşdirib. Akademik Milli Dram Teatrında, Lənkəran Teatrında, Mingəçevir Teatrında, Șușa Teatrında, Qazax Teatrında, İrəvan Teatrında 80-ə qədər tamaşaya quruluş verib. Quruluş verdiyi “Müsyö və Dərviş” tamașası ilə Nyu Yorkda ilk Azərbaycan Teatrının təməlini qoyub (2011). Sumqayıtda keçirilən Dövlət tədbirlərinin ssenari müəllifi və quruluşçu rejissorudur. 4 pyesin tərcüməçisi, 5 pyesin müəllifidir. 1997-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissorudur.

Rustavi şəhərinin 50 illiyinə həsr olunmuş Beynəlxalq “Qızıl maska” festivalında quruluş verdiyi “Müsyo Jordan və dərviş Məstəli şah” (M.F.Axundov) tamaşasına görə “Klassik əsər üzərində uğurlu eksperiment” mükafatına (1998, Gürcüstan), “Boş məkan dolğunluğu” Teatr Festivalında “Dəniz kənarında qaçan Alabaş” (Çingiz Aytmatov) povestinin motivləri əsasında səhnələşdirdiyi “Ümid sahili” əsərinin tamaşasına görə “Uğurlu aktyor ansamblı” – rejissor mükafatına layiq görülüb (2005, Bakı). “Qızıl Dərviş”mükafatı laureatı, Əməkdar artist (2006), Xalq artistidir (2018).

 

x