Firəngiz Şərifova

aktrisa

Personal Info

  • Doğum tarixi: 06.02.1924
  • Vəfat tarixi: 20.02.2014

Biography

Firəngiz Abbasmirzə qızı Şərifova (Firəngiz Şərifzadə / Firəngiz Abbasova) Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbində (1931–1941), Azərbaycan Dövlət Konservatoriyasının Vokal şöbəsində (1941-1947) təhsil alıb. Səhnə fəaliyyətinə 1947-ci ildə Musiqili Komediya Teatrında aktrisa kimi başlayıb. Bir müddət Akademik Milli Dram Teatrında işləyib (1960-1965). 1949-cu ildən 2011-ci ilədək (müəyyən fasilələrlə) Gənc Tamaşaçılar Teatrının aktrisası olub. Əməkdar artist (1958), Xalq artisti (1969), “Qızıl Dərviş” və “Humay” mükafatları laureatı, “Şöhrət” ordenli Firəngiz Şərifova 2014-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Aktrisa Firəngiz Şərifova rejissor, aktyor Abbas Mirzə Şərifzadənin və aktrisa Mərziyə Davudovanın qızıdır.

 

x