Firəngiz Qurbanova

rejissor

Personal Info

  • Doğum tarixi: 12.03.1943

Biography

Firəngiz Ağadadaş qızı Qurbanova Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1961-1965), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinematoqrafiya rəssamlığı fakültəsində (1965-1971) təhsil alıb. 1971-ci ildən “Azərbaycanfilm” kinostudiyasında bədii filmlərdə rəssam, animasiya filmlərində rəssam, müəllif və rejissor kimi fəaliyyət göstərib. “Birlik” animasiya studiyasının təsisçisi və rəhbəridir. “Qızıl Qayıq” mükafatı laureatı (2019), Əməkdar incəsənət xadimi (2000), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur.

Rəssam, rejissor Firəngiz Qurbanova aktyor Ağadadaş Qurbanovun qızıdır.

Rəssam, rejissor Firəngiz Qurbanova rəssam Fikrət Əhədovun həyat yoldaşıdır.

Rəssam, rejissor Firəngiz Qurbanova rəssam, rejissor Cavid Əhədovun anasıdır.

Rəssam, rejissor Firəngiz Qurbanova aktrisa Gülşən Qurbanovanın bacısıdır.

 

x