Firəngiz Əhmədova

musiqi ifaçısı

Personal Info

  • Doğum tarixi: 23.09.1928
  • Vəfat tarixi: 16.12.2011

Biography

Firəngiz Yusif qızı Əhmədova Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb (1955). Azərbaycan Radiosu Xorunun (1946-1951), Azərbaycan Dövlət Opera və Balet Teatrının (1951-1988) solisti olub. Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında çıxış edib. Əsas partiyaları: Nərgiz, Gülzar (“Nərgiz”, “Şah İsmayıl”, Müslüm Maqomayev), Nigar (“Koroğlu”, Üzeyir Hacıbəyov), Sevil (“Sevil”, Fikrət Əmirov), Səriyyə (“Azad”, Cahangir Cahangirov), Sona (“Bahadır və Sona”, Süleyman Ələsgərov), Maro (“Daisi”, Z.Paliaşvili), Aida (“Aida”, Cüzeppe Verdi), Toska (“Toska”, C.Puccini) və s. “Sənsiz”, “Ölkəm”, “Sual”, “Arzu”, “Heyran olmuşam”, “Oxuma gözəl” və s. romanslarını ifa edib. 1989-cu ildən ildən Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib. SSRİ Ali Sovetinin (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olub. “Şöhrət” ordeni ilə təltif edilib (1998). Əməkdar artist (1957), Xalq artisti (1964), SSRİ Xalq artisti (1967) Firəngiz Əhmədova 2011-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

 

x