Fikrət Qoca

mahnı mətni müəllifi

Personal Info

  • Doğum tarixi: 25.08.1935
  • Vəfat tarixi: 05.05.2021

Biography

Fikrət Göyüş oğlu Qoca (Fikrət Qocayev) Ağdaşın Kotanarx kəndində anadan olub. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb (1964).

Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərib. “Qobustan” incəsənət toplusunun baş redaktoru (1987), Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi,  AYB-nin birinci katibi (1998-2021) olub.

1956-cı ildən mətbuatda çap olunub. “Qağayı” (1963), “Hamıya borcluyam” (1965), “Dənizdə ay çiməndə” (1967), “Yatmadığım gecələrdə” (1970), “Günlərin bir günü” (1972), “Gül ömrü” (1975), “İnsan xasiyyəti” (1980) və sair şeir və poema toplularında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələr əksini tapıb. Nəsr əsərləri də yazıb. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, – qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb.

Dövlət mükafatı (2016), “Humay” mükafatı (1998), “Şöhrət” (1995), “Şərəf” (2015) və “İstiqlal” (2020) ordenləri ilə təltif olunub. Əməkdar incəsənət xadimi (1979), Xalq şairi (1998) Fikrət Qoca 2021-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

 

x