Fazil Salayev

aktyor

Personal Info

  • Doğum tarixi: 01.09.1931
  • Vəfat tarixi: 20.06.1978

Biography

Fazil İdris oğlu Salayev Bakıda anadan olub. Əslən Cənubi Azərbaycandandır. Uşaq yaşlarından yazı-pozuya həvəsi olub, 4 yaşında ilk dəfə öz adını fotosunun arxasına yazıbmış. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunda təhsil alıb. Bir müddət orta məktəbdə müəllim işləyib. Eyni zamanda “Azərbaycan” nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərib. Bundan sonra Azərbaycan Teatr İnstitutunda təhsil alıb. Akademik Milli Dram Teatrında, Musiqili Komediya Teatrında çalışıb. “Azdrama”dan küsüb getdiyi illərdə “Mozalan” satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olub. Televiziyada “Komediyalar aləminə səyahət” verilişində çıxış edib. Daha çox kinoaktyor kimi məşhurlaşıb. Fazil Salayev 1978-ci ildə vəfat edib.

 

x