Fariz Əliyev

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 28.11.1983

Biography

Fariz Qəribxan oğlu Əliyev Bakıda anadan olub. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində təhsil alıb (2001-2006). “Yeni bakılılar” klubunun prezidenti qismində Azərbaycanda keçirilən KVN yarışmalarının təşkilatçısı və baş redaktoru olub. Bir müddət Bakı Estrada Teatrının direktorluğunu həyata keçirib. “Səs verməyin” şousunun, “Belə yaxşıdır” (ATV), “Tamamla” (ATV), “Zarafatsız” (2009-2010, Space TV), “Top kimi show” (2014-2017, ATV) verilişlərinin ssenaristi, “Akademiya” mahnı yarışmasının baş redaktoru, “Gülüs ulduzu” layihəsinin rəhbəri və baş redaktoru, “Var gücü ilə” qol gücü yarışmasının (İTV),  “5 də 5” axşam şousunun (2017-2018, Xəzər TV) layihə rəhbəri olub. Hazırda davam edən “Söhbət var” şousunun ssenaristi (2018-2020), “7 canlı” axşam şousunun layihə rəhbəridir (2020). 2019-cu ildən ARB TV-nin baş prodüseridir.

x