Faiq Hüsiyev

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 07.11.1970

Biography

Faiq Nuruş oğlu Hüsiyev Sumqayıtda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb (1991-1997). 1993-cü ildə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında ştatdankənar müxbir kimi fəaliyyətə başlayıb. Televiziyanın Yurd mübadilə proqramları (1996-1997), Ədəbiyyat və publisistika (1997-1998), Beynəlxalq proqramlar redaksiyasında redaktor (1998-2005), Müəllif proqramları departamentinin direktoru (2006-2007), Xəbərlər İnformasiya Proqramları Studiyasının direktoru (2007-2009), Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini (2009-2015), Teleradio Akademiyasının rektoru (2015-2021) olub. 2021-ci ildən AzTV-nin Analitik qrupunun rəhbəridir.

Filologiya üzrə fəlsəfə doktorudur. Əməkdar jurnalistdir (2008).

 

x