Fəxrəddin Manafov

aktyor

Personal Info

  • Doğum tarixi: 02.08.1955

Biography

Fəxrəddin Manaf oğlu Manafov (Fərhad Manafov) Xankəndində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1975-1980). A.M.Şərifzadə adına Aktyor evində kinomexanik (1971-1974), Tədris Teatrında (1976-1978) və Yuğ Teatrında (1989-1993) aktyor kimi fəaliyyət göstərib. 1977-ci ildən filmlərə çəkilir. 1982-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb.

Xarici film istehsalçılarının “Əlvida, yaşıl yay” (1985, rejissor Elyer İşmuhamedov / Özbəkistan) filmində Timur İsmayılov rolunda, “Aprelin dörd günü” (1986 / Özbəkistan) filmində Səfibəyov rolunda, “Ölüm festivalı” (1992, rejissor Samir Habşi / Fransa, Rusiya) filmində, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında Sadıqov rolunda, “Əkizlər” (2004, rejissor Zinoviy Royzman / Rusiya) serialında Ruslan Xocayev rolunda, “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında Burlak rolunda, “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında terrorçu qruplaşmanın rəhbəri Əhməd Əhmədov rolunda, “Hindu” (2010, rejissor Aleksandr Kasatkin / Rusiya) serialında Saraf rolunda, “Əli və Nino” (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmində Hacı Zeynalabdin Tağıyev rolunda çəkilib.

“Zirvə” mükafatı laureatı, Əməkdar artist (1987), Xalq artistidir (2000).

 

x