Fərman Kərimzadə

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 03.03.1937
  • Vəfat tarixi: 17.03.1989

Biography

Fərman İsmayıl oğlu Kərimzadə Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. Orta məktəbi Beyləqan rayonunun Şahsevən kəndində bitirib. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1955-1960), Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun Ali ssenari kurslarında (1965-1967) təhsil alıb. İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi (1962-1965), “Yüksəliş” rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib (1962-1965), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, “Abşeron”, “Ədəbiyyat və incəsənət” qəzetlərində ədəbi işçi, şöbə müdiri (1966–1970), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kollegiya üzvü (1970-1977), “Ədəbiyyat və incəsənət” qəzetinin xüsusi müxbiri (1977-1980), Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) işləyib. “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanları ilə tanınır. Fərman Kərimzadə 1989-cu ildə vəfat edib.

 

x