Fərhad İsrafilov

aktyor

Personal Info

  • Doğum tarixi: 05.01.1955

Biography

Fərhad Ramazan oğlu İsrafilov Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VGİK) Aktyorluq fakültəsində təhsil alıb (1975-1979). 1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlayıb. 1989-cu ildən “Yuğ” Teatrında işləyir.

Xarici film istehsalçılarının “Səhnədə Lurixdir” (1983, Mustafanı müşayiət edən rolunda, rejissor Valentin Kuyk / Estoniya), “Qələbə” (1984, italyan jurnalist Nino Rossi rolunda, rejissor Yevgeni Matveyev / Rusiya, ADR), “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin / Belarus), “Ən mühüm tapşırıq” (1980, təyyarəçi Rüstəm rolunda, rejissor Yevgeni Matveyev / Rusiya) filmlərində çəkilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir, aktyor sənəti üzrə dərs deyir. Əməkdar artist (2006), “Qızıl Dərviş” mükafatı laureatıdır (2005).

Aktyor Fərhad İsrafilov sənətşünas İsrafil İsrafilovun qardaşıdır.

Aktyor Fərhad İsrafilov qrim rəssamı Eldar İsrafilovun atasıdır.

 

 

 

x