Fərda Amin

aktyor

Personal Info

  • Doğum tarixi: 12.08.1979

Biography

Fərda Amin (Fərda Xudaverdiyev Akif oğlu) Cəbrayılda anadan olub. Əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Təhsil illərində Universitetin “Şən və Hazırcavablar Klubu”nda çıxış edib. Space TV-də yayımlanan “Tək səbir” verilişinin iştirakçısı – aktyoru, ssenari müəllifi və rejissoru olub. Bir müddət sonra həmin səpkidə “Tam sərbəst”, bir neçə il sonra “Tam sərbəst solo” adlı televiziya verilişləri ilə ekranlara çıxır (ATV). Bir neçə il sonra Müşfiq Şahverdiyev ilə birlikdə “Sərbəst FM” verilişi işıq üzü görür (2007, ATV). “Elə-belə” (Lider TV), “Vitamin C” (Lider TV), “Sənin üçün” (ATV), “Top kimi şou” (2014, ATV) verilişlərinin aparıcısı olub. Solo StandUp konsertəri ilə (Selfinaz, Tək çənə) çıxış edib. Hazırda Xəzər TV-də çalışır.

 

x