Eyvaz Borçalı

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 05.05.1938

Biography

Eyvaz Məhəmməd oğlu Borçalı (Eyvaz Eyvazov / Ayvaz Ayvazov) Gürcüstanın Borçalı (Marneuli) rayonunun Ağaməmmədli kəndində anadan olub.

Mirzə Fətəli Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutdan Moskvaya, M.Qorki adına Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə keçirilib.

Məzun olduqdan sonra “Azərnəşr”də redaktor kimi əmək fəaliyyətinə başlayıb (1964). “Azərbaycanfilm” kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1970), “Mozalan” satirik kino-jurnalının baş redaktoru (1971-1984), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru (1984-1986), “Kirpi” jurnalının baş redaktoru (1986-1993) vəzifələrində işləyib.

Borçalı İctimai Cəmiyyətinin təsisçisi və sədri (1993-2006), Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən olub.

Ədəbi yaradıcılığa 1960-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxan “Əbədi məşəl” şeirilə başlayıb. “Üfüq yananda” (1964), “Sevgi radiusu” (1967), “Şah və qoca” (1968), “Qızıl anlar” (1970), “İnsan, zaman, izlər” (1974), “İllər… pillələr” (1975), “Dünya, məni tərkinə al” (1983), “Dünyanın tərkində” (1986), “Durnalı göylər” (1991) kitabları nəşr olunub. “Mozalan” kinojurnalı üçün çox sayıda ssenarilər yazıb. Ssenariləri əsasında sənədli filmlər çəkilib. Elmi və əmək fəaliyyəti 400-dən artıq bədii-elmi və publisistik materiallarda öz əksini tapıb. Qələmindən iri həcmli tərcümələr çıxıb.

Əməkdar incəsənət xadimidir (1981).

 

x