Etibar Həsənov

rejissor

Personal Info

  • Doğum tarixi: 03.11.1967

Biography

Etibar Abdul oğlu Həsənov Bakıda anadan olub. Azərbaycan Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıb (1984-1990). Azərbaycan televiziyasında videomühəndis və montaj edən (1991-1998), “AVisual Production Baku Media Company”də (1998-2007), “İbrus kino şirkəti” MMC-də montaj rejissoru (2009–2012) kimi çalışıb. 2013-cü ildən montaj rejissoru və rejissor kimi müstəqil isləyir. Bir çox musiqi kliplərinin və reklam çarxlarının müəllifidir. Fransa istehsalı olan “Qarabağ, mən səni tərk etmirəm” (2015, rejissor Maksim Marduxayev) sənədli filminin montaj rejissorudur. III Beynəlxalq Audiovizual Festivalda “Tanqo” əsəri ilə “Ən yaxşı klip” nominasiyasında “Qızl Pəri” mükafatına layiq görülüb (2003).

 

x