Esmira Əyyub

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 17.04.1984

Biography

Esmira Əyyub (Esmira Bədəlova-Məmmədova Əyyub qızı) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasında (2001–2007, bakalavr+magistr), Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbinin Kinoşünaslıq ixtisasında (2007-2010), III Beynəlxalq Kino Məktəbində (2010, Moskva) təhsil alıb. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında ədəbi hissə müdiri (2003–2006), Space TV-də redaktor/aparıcı (2006-2009), Banner reklam şirkətində kopirayter olaraq çalışıb (2009-cu ildən). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ssenari yaradıcılığı üzrə dərs deyib.

Ssenarist Esmira Əyyub rejissor Seyran Bədəlovun həyat yoldaşıdır.

 

x