Emin Sabitoğlu

bəstəkar

Personal Info

  • Doğum tarixi: 02.11.1937
  • Vəfat tarixi: 18.11.2000

Biography

Emin Sabitoğlu (Emin Mahmudov Sabit Rəhman oğlu) Bakıda anadan olub. Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında, (1954-1956, Qara Qarayevin sinfi), P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında (1956-1961, Yuri Şaporinin bəstəkarlıq sinfi) təhsil alıb. 1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında müəllim işləyib. Musiqinin müxtəlif janrlarında bir çox əsərlərin müəllifidir: bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin mahnı janrı onun yaradıcılığının əsasını təşkil edib. 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib. Ömrünün son illərində Türkiyədə yaşayıb, İstanbul Texniki Universitetinin Türk Milli Konservatoriyasının professoru olub. Dövlət mükafatı (1986), “Şöhrət” ordeni (1997) və “Qızıl Dərviş” mükafatı (2001) ilə təltif olunub. Əməkdar incəsənət xadimi (1978), Xalq artisti (2000) Emin Sabitoğlu 2000-ci ildə vəfat edib.

Bəstəkar Emin Sabitoğlu yazıçı, dramaturq Sabit Rəhmanın oğludur.

 

x