Emin Əfəndiyev

rejissor

Personal Info

  • Doğum tarixi: 18.10.1987

Biography

Emin Əfəndiyev Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsində təhsil alıb (2005-2009). Salnamə studiyası, “Azərbaycanfilm”, Butafilm və İctimai televiziya ilə əməkdaşlıq edib.

“Start” Beynəlxalq Tələbə Filməri Festivalının qalibi (2007), Beynəlxalq Audiovizual Festivalın mükafatçısıdır.

“0:1” filminə görə Gənclər və İdman Nazirliyi tərəfindən “ilin rejissoru” mükafatı ilə təltif olunub (2008).

Cottbus festivalında “0:1” filmi “Şərqin 5 filmi” kimi xüsusi proqrama salınıb (2011, Almaniya).

“Yuva” filminə görə “ən yaxşı rejissor” mükafatına layiq görülüb (2012 / Bakı).

“Kinoshok” Film Festivalında “MDB ölkələrinin müştərək layihəsi” müsabiqəsində “Qapı” ssenarisi 200 ssenari arasından seçilən 9 finalçıdan biri olub (2014, Anapa / Rusiya).

“Hədiyyə” filmi “Azərbaycan ailəsi 2016” film festivalında “Ən yaxşı bədii film” nominasiyası üzrə qalib olub.

 

x