Elxan Rza

aktyor

Personal Info

  • Doğum tarixi: 29.06.1979

Biography

Elxan Musa oğlu Rza (Elxan Rzayev) Sumqayıtda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (1996-2000). 90-cı illərdə Valeh Kərimovun rəhbərlik etdiyi “Cavid” teatrında səhnəyə çıxıb. Tələbə vaxtı Akademik Dram Teatrının səhnəsində kütləvi tamaşalarda iştirak edib. Son kursda kurs rəhbəri Vaqif İbrahimoğlunun hazırladığı “Lənkəran xanının vəziri” tamaşasında Səlim bəy rolunu oynayıb.

Rusiya istehsalı olan “SSRİ-də doğulmuş” (2007) filmində prezidentin köməkçisi rolunda çəkilib.

2000-ci ildən Bakı Bələdiyyə Teatrınn aktyorudur. Dublyajla məşğuldur. Televiziya verilişlərində aparıcılıq edib.

Səməd Vurğunun 90 illiyi ilə bağlı keçirilən şeir müsabiqəsinin qalibi olub (1996). Gənclər və İdman Nazirliyi tərəfindən “ilin ən yaxşı gənc aktyoru” mükafatına layiq görülüb (2006). Əməkdar artistdir (2018).

Aktyor Elxan Rza aktyor Toğrul Rzanın qardaşıdır.

 

x