Elxan Cəfərov

rejissor

Personal Info

  • Doğum tarixi: 29.04.1967

Biography

Elxan Pərviz oğlu Cəfərov Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində təhsil alıb (A.Batalovun kursu / 1990). Kiçik yaşlarında uşaq filmlərində çəkilib. Bir müddət Azərbaycan Dövlət Dram Teatrı və “Yuğ” Teatrında aktyor kimi çalışıb (1990-1992). Azərbaycan televiziyasında və özəl studiyada rejissorluq edib. 1995-ci ildə ilk qısametrajlı filmini, sonralar isə müxtəlif klip və reklam çarxları çəkib. Hazırda rejissor kimi fəaliyyət göstərir. Xarici film istehsalçılarının “Hazır olun, Əlahəzrət” (1978, rejissor Vladimir Popkov / Rusiya) uşaq filmində baş rolda – şahzadə Delixyar Surambuka rolunda çəkilib. “Dolu” filminə görə “Ən yaxşı rejissor işi” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2015). Əməkdar incəsənət xadimidir.

Rejissor, aktyor Elxan Cəfərov rejissor Pərviz Cəfərovun və jurnalist Mailə Muradxanlının oğludur.

Rejissor, aktyor Elxan Cəfərov aktrisa Gülzar Qurbanovanın həyat yoldaşıdır.

 

 

x