Elxan Ağahüseynoğlu (Elxan Ağahüseynov Ağahüseyn oğlu / Elxan Ağahüseyn / Elxan Hüseynov) Bakıda anadan olub. Mədəni Maarif Texnikumunda təhsil alarkən Akademik Milli Dram Teatrının yaradıcı heyətinə qəbul olunub (1960), ömrünün sonuna qədər burada çalışıb (fasilələrlə). Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Yaradıcılıgının ilk illərində “Hüseynov“ soyadı ilə çıxış edib. Əməkdar artist (1991), Xalq artisti (2002) Elxan Ağahüseynoğlu 2009-cu ildə vəfat edib.