Elvin Mirzəyev

rejissor, aktyor

Personal Info

  • Doğum tarixi: 18.09.1974

Biography

Elvin Hacı oğlu Mirzəyev Bakıda anadan olub. Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun Fortepiano şöbəsində (1994), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində (2000) təhsil alıb. Bakı Kamera Teatrında aktyor və rejissor (1996-2003), Space TV-də (2003-2004), ANS TV-də (2004-2006), AzTV-də rejissor işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzinin təsisçisi və rejissoru (2006-2007), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (2008-2012), İrəvan Azərbaycan Dövlət Teatrının rejissoru (2016) olub. 2013-cü ildə “TREM TV Production” şirkətini təsis edib. 2019-cu ildən CBC TV-nin rejissorudur.

 

x