Elvin Abdulla

rejissor

Personal Info

  • Doğum tarixi: 13.09.1990

Biography

Elvin Fərman oğlu Abdulla (Elvin Abdullayev) Şəkidə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kinoşünaslıq ixtisası üzrə təhsil alıb (2008-2012). Azərbaycan televiziyasında yayımlanan “Xoş beş on beş” verilişində aktyor (1995), “İstedad sorağında” verilişində aktyor və aparıcı (1997), Sara TV-də “Şurum-Burum” verilişində aparıcı (1998), Space TV-də “Günaydın” verilişində “Nağıllar” rubrikasının aparıcısı və aktyoru (2000), Lider TV-də “Parabüzən” verilişində aktyor (2002-2003), ATV-də “Parabüzən” verilişində aktyor (2003-2004), Xəzər TV-də “Komediya səhnəsi” verilişində aktyor və rejissor assistenti (2008) olub. “Cinealliance” studiyasında, “İrəli Prodakşn”da rəhbər (2011-2012) kimi çalışıb. Türkiyə istehsalı olan “İçimdə axan çay” (Rejissor Erhan Güleryüz / 2014) filminin ikinci rejissoru və xətt prodüseri olub. Bir müddəi İstanbulda yaşayaraq İstanbul Film Akademiyasında kino təhsili alıb. “Dream Big” film şirkətinin rəhbəridir.

Rejissor Elvin Abdullayev aktyor Fərman Abdullayevin oğludur.

 

x