Elşad Ərşadoğlu

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 29.07.1986

Biography

Elşad Ərşadoğlu (Elşad Əliyev Ərşad oğlu / Elşad Elsevər) Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 1993-cü ildən ailəsi ilə birlikdə məcburi köçkün kimi İsmayıllı rayonunun Quşencə kəndində məskunlaşıb. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (2004-2008, 2009-2011 magistratura). İlk şeiri 2002-ci ildə “İnam yolu” qəzetində çap olunub. Həmin vaxtdan “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat”, “525-ci qəzet”, “Ədalət” və digər qəzet, jurnal və almanaxlarda, ədəbiyyat internet portallarında şeirləri ilə müntəzəm şəkildə çıxış edir. Şeirləri tərcümə olunaraq İtaliyada və Türkiyədə çap olunub. “Yarsan mənim ürəyimi…” (2007), “Kələfin ucu” (2010), “Eşqə doğru” (2014) şeir kitabları işıq üzü görüb. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında fəaliyyət göstərib (2008-2010), Gənc Ədiblər Məktəbinin məzunu olub. Azərbaycan Respublikası Prezidentinin təqaüdünə (2011), Gənclər və İdman Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki xidmətlərinə görə “İlin gənci” mükafatına (2013) layiq görülüb. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri və İdarə Heyətinin üzvüdür. Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində (2012-2013) və Kinematoqrafiya şöbəsində çalışıb (2013-2018). Hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Kino, audiovizual sənayesi ilə iş və filmlərin istehsalı sektorunun aparıcı məsləhətçisidir.

 

 

x