Elşən Zeynallı

rejissor

Personal Info

  • Doğum tarixi: 19.01.1975

Biography

Elşən Zeynallı (Elşən Zeynalov) Sumqayıtda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb (1993-1997, Eldar Quliyevin kursu). Təhsil müddətində bir neçə tələbə-tədris filmlərinin çəkilişində iştirak edib. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti vəzifəsində, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində (1997), ATV İnternational kanalının “Televiziya Filmləri Studiyası”nda (2011-2013), CBC TV-nin “Televiziya Filmləri Studiyası”nda (2013) rejissor kimi çalışıb. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissorudur. Şuşa Musiqili Dövlət Dram Teatrında Elçinin “Cəhənnəm sakinləri” pyesinə quruluş verib. Ssenari müəllifi və rejissoru olduğu “Şuşasız” adlı tamaşanı hazırlayıb. Respublika Gənclər mükafatı laureatıdır.  2021-ci ildən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dərs deyir.

 

 

 

x