Elşən Rüstəmov

aktyor

Personal Info

  • Doğum tarixi: 22.01.1971

Biography

Elşən Mərdan oğlu Rüstəmov Masallıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Moskvada Texniki-Tikinti Texnikumuna qəbul olunub (1988). İl yarım orada qaldıqdan sonra Bakıya qayıdıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsində təhsil alıb (1990-1995). 1993-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Eyni zamanda digər teatrların da səhnələrində çıxış edib. Dublyaj işi ilə məşğuldur. Xarici istehsalçıların “Rus tərcüməsi” (2006, rejissor Aleksandr Çernyayev / Rusiya, Əli Qasım rolunda), “Studentı İnternational” (2006, rejissor Olqa Perunovskaya / Rusiya, Zaur rolunda) filmlərində çəkilib.

Əməkdar artistdir (2012).

 

x