Elşən Cəbrayılov

aktyor

Personal Info

  • Doğum tarixi: 12.07.1977

Biography

Elşən Şahin oğlu Cəbrayılov Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1994-1998, Cənnət Səlimovanın kursu). Tələbə ikən Musiqili Komediya Teatrında əvvəlcə balet artisti, sonra xor aktyoru işləyib. 2-ci kursda oxuyanda Akademik Milli Dram Teatrına dəvət olunaraq N.Hacızadənin “Qisas qiyamətə qalmaz” tamaşasında Nurlan rolunu ifa edib. 1999-cu ildə  Akademik Milli Dram Teatrının truppasına aktyor qəbul olunub. 1994-cü ildən dövlət səviyyəli konsert və tədbirlərin aparıcısıdır. “Space” telekanalında “Qızıl zəng” verilişinin aparıcısı olub. Bir müddət Dövlət Filarmoniyasında və Bakı Dövlət Sirkində aparıcı vəzifəsində çalışıb. Əməkdar artistdir (2009).

Aktyor Elşən Cəbrayılov aktyor Şahin Cəbrayılovun oğludur.

 

x