Elnur Kərimov

aktyor

Personal Info

  • Doğum tarixi: 11.09.1981

Biography

Elnur Umbay oğlu Kərimov Bakıda anadan olub. Respublika İncəsənət Gimnaziyasında (1989-1999), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində (1999-2003) təhsil alıb. 2001-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Müxtəlif televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərib: “Bərəkətli olsun” (Space TV), “Düşərgə” (İctimai TV), “Səhər görüşləri” (AzTV). Rusiya film istehsalçılarının “Dronqo” (2002, rejissor Zinoviy Royzman) serialında çəkilib. Əməkdar artistdir (2018).

 

 

x