Elnur Hüseynov

aktyor

Personal Info

  • Doğum tarixi: 02.08.1981

Biography

Elnur Bəhrəmxan oğlu Hüseynov Neftçala rayonunun Xəzər kəndində anadan olub. Respublika İncəsənət Gimnaziyasında (1991-1995), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1996-2002) təhsil alıb. Rayonda keçirilən istedadlı uşaqların yaradıcılıq müsabiqələrində bir neçə dəfə parodiya üzrə qalib olub. Azərbaycan televiziyasında yayımlanan “7-17”, “Sübh şəfəqləri” televiziya müsabiqələrinin və “Tələbə klubu” əyləncəli proqramının fəal iştirakçısı, “Bala dili” (ANS TV), “Ala bula” (Lider TV), “Mən böyümüşəm” (Space TV) uşaq verilişlərinin aparıcısı olub. 1998-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.

Xarici film istehsalçılarının “Yaz ərəfəsi” (2001, rejissor Filip Bayon / Polşa, Fransa) filmində Azər Tahir rolunda, “Biz sizə müharibə elan edirik” (2010, rejissor İqor Xolodkov / Rusiya) filmində Dukas rolunda çəkilib. “Fəxri mədəniyyət işcisi” medalına (2017), Beynəlxalq Teatr Assosiasiyasının təsis etdiyi “Sima” mükafatına layiq görülüb. Əməkdar artistdir (2018).

 

x